Haqqımızda
Biz kimik?
“Bakı Hüquq Məktəbi” Təlim-Tədris Mərkəzi hüquqşünaslar digər humanitar sahələrdə fəaliyyət göstərən peşəkarlar və hüquq tələbələri üçün hüquq sahələri üzrə ödənişli/ödənişsiz və uzun/qısa müddətli və təlimlərin təşkili, hüquqi ingilis dilinin tədrisi, tədris vəsaitlərinin nəşri, natiqlik və fərdi inkişaf treninqlərinin təşkili, HR – lar üçün əmək qanunvericliyinin tədrisi, dövlət qulluğu (qanunvericilik), vəkillik, prokurorluq, hakimlik və digər xüsusi dövlət qulluğu (vergi, gömrük, ədliyyə) imtahanlarına hazırlıq və sınaq testlərinin təşkili sahəsində ixtisaslaşmış təlim şirkətidir.
Məqsədimiz
“Məqsədimiz hüquq peşəkarları və tələbələri üçün, o cümlədən peşə fəaliyyətində hüquqi aktlardan gündəlik istifadə edən digər peşəkarlar üçün (HR-lar, satınalma mütəxəssisləri, mühasiblər, inzibati işçilər və s) ixtisas biliklərinin təkmilləşdirilməsində faydalı olacaq yüksək keyfiyyətli təlim xidmətləri təklif etmək, müxtəlif hüquq sahələrində ixtisaslaşmış uzunmüddətli iş təcrübəsinə və pedoqoji bacarıqlara malik hüquqşünasların biliklərinin karyera həyatında yeni addımlar atan, uğurlu hüquq karyerası qurman niyyətində hüquqşünaslara ötürülməsində körpü rolunu oynamaq, ana dilində hüquq ədəbiyyatının zənginləşdirilməsi işinə töhvə verməkdir.”