BAKU

LEGAL

SERVICES

Müştərilərə korporativ və kommersiya hüququnun bütün istiqamətləri üzrə, hüquqi şəxslərin yenidən təşkili məsələləri (M&A), birgə müəssisələr, korporativ idarəetmə və qanunvericiliyə uyğunluqla bağlı məsləhət veririk.

XİDMƏTLƏRİMİZ

ŞİRKƏT HAQQINDA

 Regionun aparıcı konsaltinq şirkətlərindən biri olaraq, biz öz müştərilərimizə nəinki Azərbaycanda və MDB ölkələrində, həmçinin dünyanın digər əsas regionlarında bir sıra böyük və iddialı layihələr və sövdələşmələrdə hüquqi yardım etmişik.

Bizim müştərilər siyahısına qlobal investisiya və kommersiya bankları, çoxsahəli maliyyə qurumları, fondlar, nəhəng çox milli şirkətlər, birgə müəssisələr və tanınmış yerli şirkətlər daxildir.  Biz, enerji və təbii resurslar, bank və maliyyə, maliyyə bazarları və investisiyaları, sığorta, daşınmaz əmlak və tikinti, telekommunikasiya, aqrobiznes, beynəlxalq arbitraj və mübahisələrin həlli, dəniz hüququ və nəqliyyat, layihə maliyyələşdirilməsi, əmək hüququ və insan resurslarının idarə edilməsi, vergi, beynəlxalq ticarət, aktivlərin idarə olunması, investisiya fondları, özəl səhmdar kapitalı, müəssisə kapitalı, sahibkarlıq və “startup” kimi sahələr daxil olmaqla, iqtisadiyyatın və biznesin müxtəlif sektorlarında xidmət göstəririk.  Müştərilərimiz bizim istənilən növ çətinliklərin öhdəsindən gəlmə və riskləri idarəetmə bacarığımızı nəzərə alaraq ən vacib əməliyyatlarını, mübahisələrin həllini və layihələrini bizə etibar edirlər.

Biz müxtəlif tipli müştəriləri təmsil edir, onlara həm peşəkar həm də fərdi xidmətlər göstəririk.  Bizi tövsiyə edənlər bizim hazırkı müştərilərimiz və digər peşəkarlardır.  Biz hüquq sahəsində yüksək keyfiyyətli xidmətlərimizlə qazandığımız nüfuzla qürur duyuruq.  Şirkətimizin bütün hüquqşünasları və hüquq məsləhətçiləri yerli və beynəlxalq səviyyədə olan ixtisaslı peşəkarlardır.

Beynəlxalq layihələr ilə məşğul olan bir firma olaraq, biz bir sıra aparıcı regional və beynəlxalq hüquq və konsaltinq firmaları ilə, həmçinin, dünyanın beynəlxalq kommersiya və ticarət palataları ilə sıx əlaqələr yaratmışıq, saxlayırıq və əməkdaşlıq edirik.

Bizim regionun digər şirkətlərindən fərqimiz odur ki, biz, müxtəlifliyin prinsiplərini və bərabərhüquqlu imkanları dəyərləndirməklə, müxtəlif mədəniyyətə, şəxsi və peşəkar təcrübəyə və ənənəyə malik olan fərqli işçi heyəti və müştərilər ilə işləmə bacarığına malikik.

Biz (maliyyə) vəsaitindən asılı olmayaraq, bütün müştərilərimizə yüksək keyfiyyətli xidmət göstəririk.

 

BİZİMLƏ ƏLAQƏ

C. Cabbarlı 44, Caspian Plaza 3, 9-cu mərtəbə

+99450 712 37 40

Submitting Form...

The server encountered an error.

Form received.

Copyright © 2019 - All Right Reserved